AZ

Azərbaycanda oynamış futbolçu Təbrizdə həbs olundu

Müxtəlif illərdə Azərbaycanda bir neçə klubda çıxış etmiş Peyman Keşavarzi Təbrizdə saxlanılıb.

Fanat.Az xəbər verir ki, hazırda Omanın “Saham” klubunun üzvü olan müdafiəçi ölkəsində hakimiyyətə qarşı etiraz aksiyalarına qatıldığı üçün hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs olunub.

Hadisə ilə bağlı hələlik rəsmi qurumlar tərəfindən açıqlama verilməyib.

Qeyd edək ki, Peyman Cənubi Azərbaycanın “Traktor”, həmçinin, ölkəmizdə “Sumqayıt” (2019), “Səbail” (2020), “Kəpəz” (2022) və “Karvan-Yevlax”da (2024) klublarında çıxış edib.
 

Seçilən
18
fanat.az

1Mənbələr