"Xaricdən Azərbaycanın istənilən ailəsinə hücum ümumi Azərbaycan ailəsinə, ailə dəyərlərinə hücumdur".
Bu fikirləri tanınmış jurnalist, Manset.az xəbər portalının Baş redaktoru Əli Vəliyev bildirib. O, daha sonra qeyd edib:
"İllərlə qorunub saxlanılan, milli-mənəvi dəyər kimi qorunan Azərbaycan ailəsinə ləkə yaxmaq, qarayaxma kampaniyası aparmaq eyni zamanda milli-mənəvi dəyərlərimizə ləkə yaxmaqdır. Bu, xarici qüvvələrin milli dəyərlərimizi məhv etmək planıdır. Bu əxlaqsızlığa, mənəviyyatsızlığa son verilməlidir. Tarixən Azərbaycan kişisinin ən böyük mənəvi dəyəri onun Azərbaycan qadınına verdiyi dəyər olub. Lakin kişilikdən uzaq insanların qadınımıza vurmaq istədiyi ləkə həmişə özlərinə yapışıb. Çünki başqasına ləkə yaxarkən əvvəlcə öz əlin çirklənir...".
Milli.Az