AZ

AGF ilə AHİTA arasında memorandum imzalandı

Azərbaycan Güləş Federasiyası (AGF) və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası İctimai Birliyi (AHİTA) arasında memorandum imzalanıb.

Fanat.Az xəbər verir ki, məlumatı AGF-nin mətbuat xidməti yayıb.

Memorandumda tərəflərin birgə layihələrin həyata keçirilməsi, yeni idman zallarının açılması, müxtəlif yarışların təşkili, AHİİTA-nın balansında olan idman mərkəzlərinin istifadəsi və başqa məsələlər qeyd olunub.

AGF güləşin inkişafı üçün digər idman qurumları ilə də sıx əməkdaşlığı davam etdirəcək.
 

Seçilən
10
fanat.az

1Mənbələr