AZ

Ukrayna: Rusiya bir İsgəndər-M və 111 dronla hücuma keçdi

Ukrayna Rusiya ordusunun "İskəndər-M" tipli ballistik raket və 111 pilotsuz uçuş aparatı (PUA) ilə hücum başlatdığını bildirib.

Turkustan.az xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının yazılı açıqlamasına görə, Rusiya gecə ərzində raket və dronlardan istifadə edərək ölkəyə hava hücumu təşkil edib.
Bəyanatda qeyd olunur ki, Rusiya ordusu hücumda bir İskəndər-M ballistik raketindən və "Şahad", "Gerbera" və "Italmas" tipli dronlar da daxil olmaqla 111 drondan istifadə edib, Ukrayna hava hücumundan müdafiə qüvvələri isə bu dronlardan 80-ni zərərsizləşdirib.

Ölkədə 15 yerə digər dronların və raketin zərbə endirdiyi də qeyd olunan bəyanatda Ukraynanın bəzi bölgələrinə qarşı hava hücumları təhlükəsinin davam etdiyi barədə xəbərdarlıq edilib.

Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti (DSNS) sosial media hesabında Rusiyanın Xarkova endirdiyi hava hücumu nəticəsində inzibati binasının zədələndiyini bildirib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
4
turkustan.az

1Mənbələr