Azərbaycan Prezidenti İlham Əliyev gələcəkdə Yunanıstanın biznes nümayəndələri daha çox təmasların olacağına ümid etdiyini bildirib.
"Cebheinfo.az" xəbər verir ki, Yunanıstanın Azərbaycana yeni təyin olunan səfiri Maria K.Papakonstantinusun etimadnaməsini qəbul edərkən, dövlət başçısı iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən bu gün qlobal təhlükəsizlikdə mühüm amil olan enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq etdiklərini deyib.
Dövlət başçısı gələcəkdə biznes nümayəndələri arasında daha çox təmasların olacağına, qarşılıqlı investisiya qoyuluşunun həyata keçiriləcəyinə, tərəfdaşlığımızın inkişaf etdirilməsində hər iki ölkənin səfirlərinin vacib rol oynayacaqlarına ümidvarlığını bildirdi.
"Cebheinfo.az"