Bakı. Trend:
Ukrayna enerji obyektlərinə zərbə endirməkdən imtina etməkləbağlı konkret öhdəliklər götürməyib, lakin belə bir rejimiqarşılıqlılıq prinsipi əsasında saxlamağa hazırdır.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bunu Ukrayna prezidenti VolodimirZelenski jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Burada heç bir sirr yoxdur. Biz və Rusiya arasında bu məsələilə bağlı birbaşa dialoq və birbaşa razılaşmalar olmayıb”, –Zelenski deyib.
O qeyd edib ki, hələlik energetik atəşkəsin əldə ediləcəyinisöyləməyə hazır deyil.
“Əgər Rusiya bizim enerji obyektlərimizə, istər istehsal edən,istərsə də digər obyektlərə zərbə endirmirsə, biz də onların enerjiobyektlərinə zərbə endirməyəcəyik. Düşünürəm ki, bu, danışıqlarınvasitəçisinin, yəni ABŞ-nin gözlədiyi cavabdır”, – deyə o əlavəedib.