AZ

Ötən il “Azərkosmos”un ixrac etdiyi xidmətin dəyəri 18 milyon dolları ötüb  

2025-ci ilin yanvar-dekabr aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 43 ölkəsinə 18,1 milyon dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 7 ölkə və 2,2 faiz azdır.

AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın yanvar sayına istinadla bildirir ki, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 66 faizini təşkil edib. 2025-ci ilin dekabr ayında isə “Azərkosmos” dünyanın 35 ölkəsinə 1,7 milyon dollar dəyərində xidmət ixrac edib.

Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 4,6 milyon dollar ilə Birləşmiş Krallıq, 3,5 milyon dollar ilə Lüksemburq, 1,3 milyon dollar ilə İsveç, 861 min dollar ilə Türkiyə, 823,9 min dollar ilə Nigeriya qərarlaşıb.

Seçilən
11
azerbaijan-news.az

1Mənbələr