Finlandiyada havada kiçik həcmdə radioaktiv maddələr qeydə alınıb.
APA “Reuters”ə istinadən xəbər verir ki, ölkənin nüvə təhlükəsizliyinə nəzarət qurumu əhalinin sağlamlığı üçün təhlükə riskinin olmadığını bildirib.
“Havada qeydə alınan radioaktivlik çox aşağıdır və insanların sağlamlığına, ətraf mühitə qarşı təhlükəli xarakter daşımır”,- qurum qeyd edib.
Əlavə edilib ki, radioaktivlik Finlandiyada yerləşən nüvə obyektlərindən qaynaqlanmır, lakin haradan qaynaqlanmasının naməlum olduğu bildirilib.