AZ

Türkiyə ABŞ və İran arasında vasitəçilik edə bilərmi? ŞƏRH

ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

“Türkiyə İran və ABŞ arasında vasitəçilik missiyasını həyata keçirə bilər”.

Gununsesi.info bildirir ki, bunu siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib:

“Ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb. Demek olar ki, Ankara artıq vasitəçiliyə başlayır. Artıq İranın xarici işlər naziri Abbas Araqçinin Türkiyəyə səfəri gözlənilir. Bu təmaslar Ankaranın prosesdə aktiv rol almaq niyyətindən xəbər verir.

Hazırda ABŞ və İran öz mövqelərində qalır, tərəflərin geri çəkilmək niyyəti yoxdur. Mövcud vəziyyət bir növ Donald Tramp və Əli Xameneinin şəxsi nüfuz mübarizəsinə çevrilib. Görünür, İran prezidenti Məsud Pezeşkian R. T. Ərdoğanla əlaqə saxlayaraq Vaşinqtonla vasitəçilik etməsini xahiş edib.

Türkiyənin əsas şərti ondan ibarətdir ki, birinci mərhələdə nüvə proqramı ilə bağlı razılıq əldə olunsun, növbəti mərhələdə isə raket proqramı və digər mübahisəli məsələlər üzrə danışıqlara başlanılsın. Ankara hesab edir ki, mərhələli yanaşma böhranın idarəolunan müstəvidə saxlanılmasına imkan verə bilər”.

Məhəmməd Əsədullazadə əlavə edib ki, Türkiyənin ABŞ və İran arasında vasitəçilik missiyası müsbət nəticə verə bilər:

“İranın xarici işlər nazirinin Türkiyədə aparacağı danışıqlar Tehran ətrafında gedən proseslərə ciddi təsir göstərəcək. Artıq Türkiyə regionda açar ölkə statusunu möhkəmləndirib və İranın mövcud vəziyyətdən çıxmasında həlledici rol oynaya bilər.

Əgər İran rəsmiləri məsələlərə praqmatik yanaşarsa, böhran danışıqlar yolu ilə həll edilə bilər. ABŞ-ın əsas tələbi İran rejiminin açılım siyasətinə getməsi və regional ambisiyalarından imtina etməsidir. Vaşinqtonun strateji planı İranda rejim dəyişikliyini hədəfləsə də, İran hakimiyyəti daxili struktur islahatlarına və davranış dəyişikliyinə gedərsə, hərbi qarşıdurma ən azı təxirə salına bilər”.

Şəbnəm

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
54
35
icma.az

10Mənbələr