“Mançester Siti”nin hücumçusu Omar Marmuş bir neçə Avropa klubunun maraq dairəsindədir.
İdmanxeber.az xəbər verir ki, misirli forvard “Fənərbağça”, “Qalatasaray”, “Tottenhem”, “Atletiko” və “Milan”ın transfer siyahısındadır. Onun yanvarda komandadan ayrılması gözlənilmir.
Pep Qvardiola Halandın yükünü azaltmaq üçün Marmuşa daha çox şans vermək istəyir.
Futbolçu mövsümün sonunda klubunu dəyişə bilər.