AZ

ABŞ-ın İranla bağlı mümkün planı: 26 illik ssenari – Rusiya açıqladı

“ABŞ İrana qarşı “Yuqoslaviya ssenarisi”ndən istifadə edə bilər”.

Turkustan.az xəbər verir ki, bu barədə Rusiyanın “Military Chronicle” Telegram kanalının məlumat yayıb.

Bu ssenariyə əsasən, kritik infrastruktur sıradan çıxarılacaq və ölkə idarəolunmaz hala düşəcək:

“İranın enerji sistemi ABŞ-ın qüvvələrini cəmləşdirdiyi cənubdan zərbələr üçün əlverişli yerdə yerləşir. Bu halda potensial hədəflər, xüsusən də ölkənin ən böyük istilik elektrik stansiyası olan Damavand, eləcə də Buşehrdəki atom elektrik stansiyasıdır”.

Nəşr ABŞ-ın İranda Müttəfiq Qüvvələr Əməliyyatında (1999-cu ildə Yuqoslaviyaya edilən zərbələr) olduğu kimi, BLU-114/B sursatları ilə birlikdə CBU-94/B qrafit kaset bombalarından istifadə edib-etməyəcəyi sualını açıq qoyub./Globalinfo.az

Seçilən
25
50
turkustan.az

10Mənbələr