Gürcüstan həbsxanalarında 151 nəfər Azərbaycan vətəndaşı saxlanılır.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin ötən ilin dekabr ayı üzrə hesabatında bildirilir.
2025-ci ilin noyabr ayının göstəricisi ilə müqayisədə say 10 nəfər artıb.
Azərbaycan vətəndaşlarının 45-i ittiham edilən (2-si qadın olmaqla, 43-ü kişi), 106-sı (15-i qadın olmaqla, 91-i kişi) məhkumdur.
Gürcüstanda probasiya nəzarətində olan Azərbaycan vətəndaşlarının sayı isə 70 nəfərdir. Aylıq müqayisədə sayda 5 nəfər artım qeydə alınıb. Onların 60-ı kişi, 9-u qadın, 1-si isə yeniyetmə oğlandır.
Qonşu ölkədə ümumilikdə 1 555 nəfər xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs həbs cəzası çəkir, 649 əcnəbi isə probasiya nəzarətindədir.