AZ

ARDNŞ-nin idarəsinin ötən il ixrac gəlirləri 9%-ə yaxın azalıb

Bakı. Trend:

2025-ci ildə Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq vəİqtisadi Əməliyyatlar İdarəsi 373,9 milyon ABŞ dolları dəyərindəixrac əməliyyatları aparıb.

Trend xəbərverir ki, bu barədə İqtisadi İslahatların Təhlili və KommunikasiyaMərkəzinin "İxrac İcmalı"nın yanvar sayında bildirilib.

Məlumata görə, bu göstərici 2024-cü illə müqayisədə 35,9 milyonABŞ dolları və ya 8,8% azdır.

Qeyd edək ki, 2025-ci ilin yanvar-dekabr aylarında Azərbaycanınqeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü iləmüqayisədə 8,1% artaraq 3,6 milyard ABŞ dolları təşkil edib. Budövrdə yeyinti məhsulları üzrə ixrac 18,4% artaraq 1,2 milyard ABŞdollarına bərabər olub.

2025-ci ilin yanvar-dekabr ayları üzrə hazırlanmış qeyri-dövlətixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlərtəmsil olunublar: "Azərbaycan İnterneyşnl Mayninq Kompani LimitedŞirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, "PrimeCotton” MMC, "Baku Steel Company" QSC, "Azərbaycan Şəkər İstehsalatBirliyi" MMC, “TABATERRA” QSC, “STP Alüminium” MMC,"Export Stream"MMC,"P-AQRO" MMC,"KHAN-EL" MMC, “AGRARCO” MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edəndövlətə məxsus olan şirkətlərin siyahısına ARDNŞ-nin Marketinq vəİqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıdaaşağıdakı şirkətlər təmsil olunublar: “SOCAR Polymer” MMC,“AzerGold” QSC, “Azəralüminium” MMC, Azərbaycan Respublikası DövlətNeft Şirkətinin Qaz İxrac İdarəsi, "Azərpambıq Aqrar SənayeKompleksi" MMC, “Socar-Dalğıc” MMC, "İstisu" mineral su zavodu MMC,"Azərbaycan Dəmir yolları" QSC, “SOCAR CAPE” MMC.

Məqalədə:
Seçilən
38
az.trend.az

1Mənbələr