AZ

Sürücülər Çin maşınlarını səkidə saxlayıb piyadalara mane olur FOTO

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Paytaxtda piyadaların hərəkət təhlükəsizliyini ciddi şəkildə pozan növbəti fakt qeydə alınıb.

Avtosfer.az xəbər verir ki, 77-SX-030 “Changan” və “WULING” markalı 90-YG-355 nömrə nişanlı avtomobillər qanunsuz şəkildə səkidə park edilərək piyadalar üçün nəzərdə tutulan sahəni tam zəbt ediblər. Nəticədə vətəndaşlar hərəkət etmək üçün yolun hərəkət hissəsinə çıxmağa məcbur qalır ki, bu da qəza riskini artırır.

Polisin əmrinə tabe olmayan sürücüyə atəş açıldı – ANBAAN VİDEO

Qeyd edək ki, səkilərin avtomobillər tərəfindən zəbt edilməsi xüsusilə uşaqlar, yaşlılar və əlilliyi olan şəxslər üçün ciddi təhlükə yaradır. Mövcud qanunvericiliyə əsasən, nəqliyyat vasitələrinin səkilərdə saxlanılması yol hərəkəti qaydalarının kobud şəkildə pozulması hesab olunur və inzibati məsuliyyət yaradır.

Eltac Zülfüqaroğlu

Oxunub 218

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
avtosfer.az

1Mənbələr