AZ

Dünyanın düzəni dəyişir: Avropa ABŞ-a qarşı bu ölkələrlə birləşir

Avropa İttifaqı, Birləşmiş Krallıq və Kanada Hindistan və Çinlə ticarət əlaqələrini gücləndirərək bu gücü ABŞ-a qarşı istifadə etməyə çalışırlar.

Publika.az xəbər verir ki, bu barədə “Tsargrad” nəşrinin analitikləri yazıb.

Məlumata görə, yanvarın 27-də Hindistan və Avropa İttifaqı genişmiqyaslı ticarət sazişi üzrə danışıqları yekunlaşdırıblar. Sənəd ümumi əhalisi təxminən 2 milyard nəfər olan vahid bazarın formalaşdırılmasını nəzərdə tutur. Razılaşmaya əsasən, tərəflər qarşılıqlı tarifləri 2030-cu ilə qədər hazırkı 110 faizdən 10 faizə qədər mərhələli şəkildə azaltmağı planlaşdırırlar. Yeni Dehli vurğulayır ki, saziş təhlükəsizlik və terrorizmlə mübarizə də daxil olmaqla əməkdaşlığın yeni mərhələsini açır.

Eyni zamanda, London da Pekinlə yaxınlaşma xətti nümayiş etdirir. Böyük Britaniyanın Baş naziri Kir Starmer yanvarın sonlarında Çinə səfər edərək ABŞ, Avropa və ya Çin arasında seçim etməyəcəklərini bəyan edib. Səfərdə Böyük Britaniyanın aparıcı korporasiyalarının rəhbərləri də iştirak ediblər. Bundan əlavə, Britaniya hakimiyyəti Londonda Çin diplomatik kompleksinin tikintisinə icazə verib.

Kanada da oxşar mövqe tutur. ABŞ-ın sərt ritorikasına baxmayaraq, Hindistan və Çinlə ticarət əlaqələrini genişləndirməkdə davam edir.

Seçilən
4
30
publika.az

10Mənbələr