AZ

Tramp ABŞ nazirliklərini məhkəməyə verdi 10 MİLYARD DOLLAR TƏLƏB EDİR

Hurriyyet portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp ilk səlahiyyət müddəti ərzində vergi bəyannamələrini mediaya sızdırdığına görə ABŞ Maliyyə Nazirliyinə və Daxili Gəlir Xidmətinə (ölkənin əsas vergi yığımı agentliyi) qarşı iddia qaldıraraq ən azı 10 milyard dollar təzminat tələb edib.

Onun iddiası Florida ştatının Cənub Dairəsində onlayn dərc olunub. İddia ərizəsinə görə, iddiaçılar - prezidentin özü, oğulları Donald Tramp kiçik və Erik Tramp, eləcə də Trum Group - məhkəmədən "cavabdeh şəxslərin bilərəkdən, qəsdən və ya kobud səhlənkarlıq üzündən iddiaçıların vergi bəyannamələri haqqında məxfi məlumatları qanunsuz olaraq açıqladığını" müəyyən etməsini istəyirlər. Kompensasiya olaraq, prokurorluq cavabdehlərdən "ən azı 10 milyard dollar" ödəməyi tələb edir.

2020-ci ilin sentyabr ayında The New York Times qəzeti iddia edib ki, onun müxbirləri 20 ildən çox müddətdə Trampın  vergi bəyannamələrini nəzərdən keçiriblər. Bu sənədlərdə iddia olunur ki, o, 2016 və 2017-ci illərdə yalnız 1500 dollar gəlir vergisi ödəyib./musavat.com

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
84
39
hurriyyet.az

10Mənbələr