AZ

Ermənistanın bu addımı narahatlıq doğurur Rusiya XİN

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Avropa İttifaqı (Aİ) rəhbərliyi müəyyən mərhələdə hər hansı bir namizəd ölkədən Brüsselin xarici siyasət prioritetlərinə tam uyğunlaşma tələb etməyə başlayır.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Avropa məsələləri departamentinin rəhbəri Vladislav Maslennikov deyib.

Onun sözlərinə görə, Ermənistanın Avropa İttifaqına üzv olmaq marağı narahatlıq doğurmaya bilməz:

“Hazırkı siyasət açıq şəkildə anti-Rusiya meyilli xarakter daşıyır. Ümid edirəm ki, İrəvanda Brüsselin bütün tələblərinə tam əməl etməyin belə Aİ-yə üzvlüyə zəmanət vermədiyini başa düşürlər. Ermənistanın Aİ ilə sürətləndirilmiş yaxınlaşması müttəfiqlik münasibətlərinə təsir göstərəcək”.

Safura Bənnayeva

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
globalinfo.az

1Mənbələr