AZ

10 aya maryordan generala yüksəldi - Atası da yüksək vəzifədə çalışırmış

Gömrük Komitəsinin general-mayor ali xüsusi rütbəsi verilən əməkdaşı Fuad Elxan oğlu Məmmədov ölkənin ən gənc generalı olub.

Milli.Az xəbər verir ki, 2025-ci ilin mart ayında Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib. Həmin zaman onun rütbəsi mayor olub. 34 yaşında general-mayor ali xüsusi rütbəsi verilən Fuad Məmmədov Azərbaycanın ən gənc generalı olub.

Qeyd edək ki, bu vaxta qədər ölkənin ən gənc generalları Babək Ələkbərovla Fərid Əliyev idi. Hər ikisinin hazırda 39 yaşı var.  

Milli.Az-ın əldə etdiyi məlumata görə, ən gənc general Fuad Məmmədovun atası Elxan Məmmədov yüksək vəzifədə çalışır. Elxan Məmmədov bp-nin hasilat üzrə vitse-prezidentidir. 

Elxan Məmmədov 2001-ci ildən bp-də müxtəlif vəzifələrdə çalışıb. 2014-cü ildə E.Məmmədov Azərbaycan Prezidenti tərəfindən ölkənin neft və qaz sənayesinin inkişafına verdiyi əhəmiyyətli töhfələrinə görə "Tərəqqi" medalı ilə təltif olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
48
8
olaylar.az

10Mənbələr