AZ

Ermənistanın Aİ-yə qoşulmaq marağı narahatlıq doğurmaya bilməz - Rusiya XİN

“Ermənistanın Avropa İttifaqı (Aİ) ilə yaxınlaşması həm Rusiya ilə müttəfiqlik münasibətlərinə, həm də postsovet məkanında inteqrasiya proseslərinin inkişafına mənfi təsir göstərəcək”.

Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Avropa məsələləri departamentinin direktoru Vladislav Maslennikov deyib.

O qeyd edib ki, Aİ-nin sürətlə aqressiv hərbi-siyasi alyansa çevrilməsi və Rusiya ilə qarşıdurmaya yönəlmiş strateji kursu nəzərə alınmaqla, Ermənistanın bu təşkilata qoşulmaq marağı narahatlıq doğurmaya bilməz.

"Ümid edirik ki, Ermənistan Avrasiya İqtisadi Birliyinin üzvü olaraq Brüssel ilə sürətləndirilmiş yaxınlaşmanın həm müttəfiq münasibətlərimiz, həm də postsovet məkanında inteqrasiya proseslərinin inkişafı üçün mümkün mənfi nəticələrini başa düşür", - deyə siyasətçi vurğulayıb.

Maslennikovun sözlərinə görə, Brüssel artıq İrəvanı AİB-dəki üzvlüyünü və onunla bağlı öhdəlikləri kökündən rədd edən siyasi motivli Aİ standartlarını qəbul etməyə fəal şəkildə təşviq etməyə başlayıb.

"Fakt budur ki, həm AİB-də, həm də Aİ-də eyni vaxtda üzvlük qeyri-mümkündür", - deyə siyasətçi əlavə edib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
10
missiya.az

1Mənbələr