AZ

Rusiya Ukraynaya "İsgəndər-M" raketi və 111 PUA ilə zərbə endirdi

BAKI, 30 yanvar. TELEQRAF

Rusiya ordusu yanvarın 30-na keçən gecə Ukrayna ərazisinə ballistik raket və 111 pilotsuz uçuş aparatı (PUA) ilə hücum təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hava Qüvvələrinin yaydığı rəsmi məlumata bildirilib.

Bildirilib ki, Voronej vilayətindən Ukrayna istiqamətinə bir ədəd "İskander-M" ballistik raketi atılıb.

Ukrayna Hava Hücumundan Müdafiə qüvvələrinin həyata keçirdiyi əməliyyat nəticəsində düşmənin 80 pilotsuz uçuş aparatı məhv edilib.

Seçilən
93
41
teleqraf.com

10Mənbələr