AZ

Çempionlar Liqası: Bu gün “Qarabağ”ın pley-off mərhələsindəki rəqibi bəlli olacaq  

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi baş tutacaq.

Bakı vaxtı ilə saat 15:00-da İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibləri bəlli olacaq.

Səpələnməmişlər sırasında yer alan Ağdam klubu Fransanın PSJ və ya İngiltərənin “Nyukasl” komandalarından biri ilə üz-üzə gələcək.

Səpələnmişlər: "Real Madrid" (İspaniya), "İnter" (İtaliya), PSJ (Fransa), "Nyukasl" (İngiltərə), "Yuventus" (İtaliya), "Atletiko" (İspaniya), "Atalanta" (İtaliya), "Bayer" (Almaniya).

Səpələnməmişlər: "Borussiya" (Dortmund, Almaniya), "Olimpiakos" (Yunanıstan), "Brügge" (Belçika), "Qalatasaray" (Türkiyə), "Monako" (Fransa), "Qarabağ" (Azərbaycan), "Budyo-Qlimt" (Norveç), "Benfika" (Portuqaliya).

Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin matçları fevralın 17-18-də, final qarşılaşması isə mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə reallaşacaq.

Seçilən
60
50
azerbaijan-news.az

10Mənbələr