AZ

Orta Dəhliz Asiya ilə Avropa arasında yükdaşımaların müddətini azaldır ADY

Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) Çin Xalq Respublikasını Avropa İttifaqı ölkələri ilə birləşdirən, strateji əhəmiyyətə malik alternativ nəqliyyat arteriyasıdır. Geniş coğrafiyanı əhatə etməklə yanaşı, Orta Dəhliz ən qısa, səmərəli və operativ marşrutlardan biri hesab olunur.

Avtosfer.az bu barədə Azərbaycan Dəmir Yollarına istinadən xəbər verir ki, Orta Dəhlizdən əvvəl Çin və Avropa arasında yükdaşımaları əsasən Suveyş kanal və Aralıq dənizdən keçən dəniz marşrutlarından asılı idi, daşınma müddəti 35-45 gün, bəzi hallarda isə 50 günə qədər uzanırdı.

“Orta Dəhlizdən əvvəl Çin–Avropa yükləri əsasən Süveyş kanalı və Aralıq dənizi üzərindən daşınır, çatdırılma müddəti 35–45 gün, bəzi hallarda isə 50 günə qədər uzanırdı. Hazırda isə koordinasiyalı logistika və effektiv idarəetmə nəticəsində konteyner blok qatarları Orta Dəhliz vasitəsilə 18–25 gün ərzində Avropadakı təyinat məntəqələrinə çatdırılır. Bu üstünlük marşrut üzrə yük axınının artmasına, tranzit ölkələrin iqtisadi potensialının güclənməsinə və investisiya cəlbediciliyinin yüksəlməsinə şərait yaradır.

Azərbaycan Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən mühüm logistika qovşağıdır. Orta Dəhlizin əsas seqmentlərindən biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ölkənin tranzit potensialının artırılmasında xüsusi rol oynayır. Bakı Limanı, Bakı–Tbilisi–Qars dəmiryolu və TRİPP ilə birlikdə dəhlizin regional və qlobal strateji əhəmiyyətini artırmaqda həlledici rol oynayır”,- məlumatda qeyd olunur.

Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən, Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur. Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.

Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu təklif edir.

Oxunub 0

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
49
27
avtosfer.az

10Mənbələr