Bakı. Trend:
Ermənistanın Avropa İttifaqı ilə sürətləndirilmiş yaxınlaşmasıhəm Rusiya ilə müttəfiqlik münasibətlərinə, həm də bütövlükdəpost-sovet məkanında inteqrasiya proseslərinin inkişafına mənfitəsir göstərəcək.
Trend xəbər verirki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Avropa problemləridepartamentinin direktoru Vladislav Maslennikov TASS-amüsahibəsində bildirib.
Yerevanın Avropa İttifaqına üzv olmaq niyyətini şərh edənMaslennikov qeyd edib ki, Avropa İttifaqının sürətlə aqressivhərbi-siyasi bloka çevrilməsi və onun Rusiyaya qarşıkonfrontasiyaya yönəlmiş strateji kursunu nəzərə alaraq,“Ermənistanın bu təşkilata üzvlüyə marağı narahatlıq doğurmayabilməz”.
“Ümid edirik ki, Avrasiya İqtisadi İttifaqının üzvü olanErmənistan Brüssel ilə sürətləndirilmiş yaxınlaşmanın həmmüttəfiqlik münasibətlərimiz, həm də postsovet məkanındainteqrasiya proseslərinin inkişafı üçün potensial mənfinəticələrini dərk edəcək”, – deyə Maslennikov vurğulayıb.
Bununla yanaşı, Rusiya XİN-in Avropa problemləri departamentininrəhbəri bir daha diqqətə çatdırıb ki, Rusiya tərəfi digərdövlətlərin inteqrasiya birliklərində iştirak etmək üzrə suverenhüququna, eləcə də “iqtisadi inkişaf və əhalisinin rifahınınartırılması üçün əlavə imkanlar əldə etmək istəklərinə” hörmətləyanaşır. Lakin Ermənistan rəhbərliyi “Avropa İttifaqı ilə maksimumyaxınlaşmada maraqlı olduğuna dair birmənalı siqnallar verir”.