Xətai Rayon İcra Hakimiyyətində yeni təyinat olub.
Ölkə.az-ın oxu.az-a istinadən məlumatına görə, bununla bağlı icra başçısı Rafiq Quluyev əmr imzalayıb.
Əmrə əsasən, Əhməd Məmmədov rayon icra hakimiyyətinin Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektorunun müdiri - baş memar vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Əhməd Məmmədov indiyədək rayon təsərrüfatı şöbəsində böyük məsləhətçi (memar) işləyib.