ain.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.
Qaradağ rayonunda mağazasını genişləndirmək istəyən şəxs dələduzluğa məruz qalıb.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, zəzərçəkmiş öz qonşusu tərəfindən aldadılıb.
Qonşusu ona bildirib ki, mağazasının genişləndirilməsi işində ona kömək edə bilər. Bunun müqabilində isə zərərçəkmişdən 17 000 manat alıb. Lakin verdiyi vədi yerinə yetirməyib.
Qarşı tərəfin şikayətindən sonra Cəbrayıl adlı həmin şəxs saxlanılıb. Ona Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan edilib. Həmçinin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işinə Yasamal Rayon Məhkəməsində Rəşad Cavadzadənin sədrliyi ilə baxılıb. Cəbrayıl məhkəmədə özünü verilmiş ittiham üzrə qismən təqsirli bilib.
O qeyd edib ki, əvvəlcə Azad adlı qonşusundan 12 000 manat alıb. Lakin həmin pul başqa adama verilib. Həmin vaxt Azad ona da 1000 manat şirinlik verib. İş alınmadıqda isə Azaddan əlavə olaraq 4000 manat alaraq problem həll edəcəyini deyib. Lakin bu dəfə də nəticə hasil olmayıb. Cəbrayıl pulu qaytarmaq əvəzinə, şəxsi ehtiyaclarına sərf edib.
Məhkəmənin hökmü ilə Cəbrayıla 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı cəmi 6 ay müddət 1 günə 2 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Seyid
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.