AZ

"İranla danışmağı planlaşdırıram" - Tramp

ABŞ Prezidenti Donald Tramp İranla danışıqlar prosesini davam etdirəcəyini bildirib.

Missiya.Az xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlama verib.

ABŞ lideri İranla artıq danışdığını və təmasları davam etdirməyi planlaşdırdığını deyib. O, Tehrana xəbərdarlıq edərək qeyd edib ki, hazırda İran istiqamətində güclü hərbi gəmilər yerləşdirilib və onlardan istifadə edilməməsi daha məqsədəuyğun olardı.

Tramp İran rəhbərliyinə nüvə silahından imtina və etirazçılara qarşı zorakılığın dayandırılması ilə bağlı tələblər irəli sürdüyünü də vurğulayıb.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
14
50
missiya.az

10Mənbələr