AZ

Zelenskiyə təhlükəsizlik vədi etibarlı sayıla bilməz

ain.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Zelenski Moskvaya getmir, çünki Rusiya müharibənin tərəfidir, Moskva isə təcavüzkarın qərar qəbul edən mərkəzidir və orada hər hansı təhlükəsizlik vədi etibarlı sayıla bilməz.

Bunu xalqcebhesi.az-a Intermarium İnstitutunun direktoru, politoloq Valentin Qayday danışıqlar üçün Zelenskinin Moskvaya dəvət edilməsinə münasibətində deyib.

"Belə bir səfər Kremlin

üstünlüklərinin siyasi və simvolik etirafı kimi görünəcək və Rusiya daxilində güclü təbliğat effektinə malik olacaq" - politoloq deyib.

O, qeyd edib ki, bu, ritorik sualla təxminən eyni məntiqdir: İkinci Dünya Müharibəsi zamanı Ruzveltin Berlində şəxsi danışıqlar üçün Hitlerə uçmasını təsəvvür etmək olarmı?

Üstəlik, Ukraynanın Putinlə danışıqlara qadağa qoyan qərarı var və Kiyev Rusiyanın şərtləri dəyişdirmək üçün real iradə görmür. Ona görə də bu cür dəvətlər real sülhə gedən yoldan çox diplomatik oyun kimi qəbul edilir.

Cavid

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
13
icma.az

10Mənbələr