AZ

Pentaqon F-16 qırıcılarının texniki xidməti üçün 235,5 milyon dollar xərcləyəcək

Pentaqon Ukraynaya təhvil verilənlər də daxil olmaqla, F-16 qırıcı təyyarələrinin texniki xidməti və təmiri məqsədilə 235,5 milyon dollar dəyərində müqavilənin imzalandığını açıqlayıb.

Editor.az xəbər verir ki, bu məlumat ABŞ Müdafiə Nazirliyinin rəsmi internet saytında dərc olunub.

Yayımlanan məlumatda qeyd olunur ki, qırıcı təyyarələrin texniki xidmət və təmir işləri üzrə müqavilə Belçikanın Sabena Aerospace Engineering şirkətinə həvalə edilib. Açıqlamada bildirilir ki, müqavilə F-16 təyyarələri və onların mühərriklərinin orta və əsaslı təmirini, həmçinin Ukrayna üçün logistika idarəetmə dəstəyini əhatə edir.

Nazirlik Belçika şirkətinin üzərinə götürdüyü işlərin 28 yanvar 2029-cu il tarixinədək tamamlanacağını gözləyir.

Xatırladaq ki, daha əvvəl ABŞ Dövlət Departamenti İspaniyaya freqatların modernləşdirilməsi məqsədilə 1,7 milyard dollar dəyərində hərbi texnika və radar sistemlərinin satışını təsdiqləmişdi. Sənəddə təklif olunan satışın ABŞ-ın xarici siyasətinə və milli təhlükəsizlik hədəflərinə uyğun olduğu vurğulanır. Vaşinqton hesab edir ki, potensial razılaşma İspaniyanın müdafiə qabiliyyətinin gücləndirilməsinə töhfə verəcək.

//Gülnarə Abasova, Editor.az

Seçilən
49
editor.az

1Mənbələr