AZ

ABŞ hücuma hazırlaşır, İran Azərbaycanı ittiham edir

Xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Abbas Əraqçı ilə telefon danışığında Azərbaycanın hava məkanı və ya ərazisinin İrana qarşı hərbi əməliyyatlar aparılması üçün istifadə edilməyəcəyini bildirdi. Rəsmi Bakının Tehrana bunu izah etməsi zərurəti İranda ortaya atılan iddialardan qaynaqlanır.

İran beynəlxalq müstəvidə təzyiq dalğası ilə üzləşəndə Tehranda müəyyən dairələrin – mühafizəkar qanada bağlı ekspert və media resurslarının Azərbaycanı hədəfə alması ənənəsi mövcuddur. Bu ittihamlar/iddialar adətən iki məqsədə xidmət edir.

1. Güneyli soydaşlarımız arasında Azərbaycanın “düşmən obrazını” formalaşdırmaq;

2. Diqqəti İran rejiminin üzə çıxan zəifliklərindən yayındırmaq;

İran ətrafında mühasirənin daralması və hərbi müdaxilə ssenarisinin aktuallaşması fonunda Azərbaycana qarşı ittihamlar – İsrailə dəstək verilməsi, mümkün müharibədə platforma olması kimi ənənəvi iddialar - yenidən gündəmə gəlir, lakin bu dəfə daha açıq təhdidlərlə. Daha öncə “Bakı Tehrana hücumda iştirak edir” iddiaları əsas tezis kimi istifadə olunurdusa, bu dəfə Azərbaycanı hədəfə almaqdan bəhs olunur, xüsusilə enerji infrastrukturlarının vurulması çağırışları edilir. Bakıya qarşı ittiham/iddia kampaniyasının hədə mərhələsinə keçidi 12 günlük müharibədən sonra genişlənib. Enerji infrastrukturunun vurulması tezisi də Azərbaycana düşmən mövqeyi ilə tanınan iranlı ekspert Əhməd Kazeminin dili ilə gündəmə gətirildi.

Seçilən
89
50
publika.az

10Mənbələr