Türkiyə Mərkəzi Bankının (TCMB) ümumi ehtiyatları 23 yanvar həftəsində əvvəlki həftə ilə müqayisədə 10,437 milyard dollar artaraq 215,6 milyard dollarlıq rekord səviyyəyə çatıb.
Hafta.az yazır ki, Mərkəzi Bank ümumi ehtiyatlar ardıcıl ikinci həftədir ki, tarixi rekord səviyyəsini yeniləyərək iqtisadi sabitlik mesajını gücləndirib.
Artımın ən böyük payı qızıl ehtiyatlarında müşahidə olunub. 23 yanvar həftəsində qızıl ehtiyatları 8,390 milyard dollar artaraq 121,022 milyard dollardan 129,412 milyard dollara yüksəlib. Bu dövrdə qızıl ehtiyatlarında artım sürəti 6,9 faiz olaraq qeydə alınıb. Mərkəzi Bankın ümumi valyuta ehtiyatları sözügedən həftədə 2,047 milyard dollar artıb. Əvvəlki həftə 84,155 milyard dollar olan ümumi valyuta ehtiyatları son məlumatlarla 86,202 milyard dollara çatıb. Bankın xalis beynəlxalq ehtiyatları həmin həftə 6,4 milyard dollar artaraq 91 milyard dollardan 97,4 milyard dollara yüksəlib. Bazar tərəfindən diqqətlə izlənilən svoplar xaric xalis ehtiyatlar 78,8 milyard dollardan 85,5 milyard dollara yüksələrək bərpa trendini davam etdirib.