AZ

Könüllü səyahət sığortası üzrə yığımlar 6 milyon manata çatıb

Azərbaycanda 2025-ci ilin yanvar-dekabr ayları ərzində xaricə səfər edən vətəndaşların sığortası üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.

FED.az biznes və maliyyə xəbərləri portalı Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-dekabr ayları ərzində bu növ sığorta üzrə yığımlar 5 milyon 945 min manat təşkil edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 366 min manat və ya 6,5% çoxdur. 2024-cü ilin eyni dövründə bu göstərici 5 milyon 579 min manat təşkil edib.

Bu dövrdə bu növ sığorta ödənişləri 731 min manat təşkil edib ki, bu da illik müqayisədə 81 min manat və ya 12,5% çoxdur. Ötən ilin eyni dövründə 650 min manat sığorta ödənişləri edilmişdi.

Hesabat dövründə zərərlilik göstəricisi isə 12,3% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 0,6 faiz bəndi artıb. 2024-cü ilin eyni dövründə isə zərərlilik göstəricisi 11,7% təşkil edib.

Seçilən
25
fed.az

1Mənbələr