AZ

Şeyx Əbdül Mahmudov xəstəxanaya yerləşdirildi

Xalq artisti Şeyx Əbdül Mahmudov bu gün səhər saatlarında özəl klinikaların birinə yerləşdirilib.


Bu haqda Xalq artistinin özü məlumat verib.
"Bu gün səhər saatlarında xəstəxanaya yerləşdirildim. Ən böyük səhvim ev şəraitində düzgün olmayan müalicə aparmağım oldu. Hazırda peşəkar həkimlərin nəzarətindəyəm.
Əsas problemim mədə-bağırsaq sistemi ilə bağlıdır. COVID-19 keçirdikdən sonra bronxlarımda ciddi fəsadlar yaranıb. Kardioqramma aparıldı və ürəklə bağlı hər hansı problem aşkarlanmadı. Aparılan analizlərin nəticələrinə əsasən, təxminən 7 gün xəstəxanada qalmalı olacam",-deyə kinorejissor əlavə edib.
Qeyd edək ki, Şeyx Əbdül Mahmudovun 81 yaşı var.
Seçilən
21
yenilik.az

1Mənbələr