AZ

İran hökumətinə məxsus təyyarə Moskvaya endi

İran hökumətinə məxsus təyyarə Moskvanın Vnukovo hava limanına eniş edib.

Publika.az xəbər verir ki, bu barədə "Mash" Telegram kanalı məlumat yayıb.

Paylaşımda qeyd olunub ki, təyyarənin göyərtəsində İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ola bilər.

Bildirilir ki, bu hadisə ABŞ-ın İran rəhbərliyinə zərbələr endirəcəyi ilə bağlı yayılan şayiələr fonunda baş verib.

Bununla paralel olaraq, Venesuela Prezidenti Nikolas Maduronun ələ keçirilməsi əməliyyatında iştirak etmiş Amerika təyyarələrinin Yaxın Şərq istiqamətində uçduğu bildirilir.

Seçilən
79
40
publika.az

10Mənbələr