Avropa İttifaqı (Aİ) İran İslam İnqilabı Keşikçilər Korpusunu (SEPAH) terror təşkilatları siyahısına daxil edib.Bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas “X” sosial şəbəkəsində yazıb.
Aİ xarici işlər nazirləri Brüsseldə keçirilən iclasda SEPAH-ı blokun terrorçu təşkilatlar siyahısına əlavə etməklə bağlı siyasi razılığa gəlib.
Kallas bildirib ki, “repressiyalar cavabsız qala bilməz” və “öz xalqının minlərlə nümayəndəsini öldürən hər bir rejim öz süqutuna çalışır”.
Sənəddə SEPAH-ın Avropadakı aktivlərinin dondurulması və onunla maliyyə-iqtisadi əlaqələrin qurulmasının qadağan edilməsi nəzərdə tutulur.