Azərbaycanda 2026-cı il üçün Novruz çərşənbələrinin tarixləri məlum olub.
"Bakuinfo" xəbər verir ki, bu il ilk çərşənbə - Su çərşənbəsi fevralın 24-nə təsadüf edəcək.
Od çərşənbəsi martın 3-ü, Yel isə 10-u qeyd ediləcək. Torpaq (İlaxır) çərşənbəsi isə matrın 17-nə təsadüf edir.
Novruz bayramı günləri isə 20-24 mart tarixlərini əhatə edəcək.