AZ

Kimya şirkəti Dow 4 min 500 nəfəri işdən çıxaracaq

Kimyəvi maddə və kənd təsərrüfatı məhsulları istehsalçısı Dow Inc., fəaliyyətlərini sadələşdirmək məqsədilə təxminən 4 min 500 nəfəri işdən çıxarmağı planlaşdırır.

Marja.az Dow şirkətinin yaydığı açıqlamaya istinadən xəbər verir ki, bu addım qısa müddətdə faiz, vergi və amortizasiya öncəsi əməliyyat mənfəətində ən azı 2 milyard dollarlıq artım təmin edəcək və bu il üçün 500 milyon dollarlıq hədəf müəyyən edilib. Şirkət bunun üçün süni intellekt və avtomatlaşdırmadan istifadə etməyi planlaşdırır.

Şirkət 1,1 milyard ilə 1,5 milyard dollar arasında birdəfəlik xərclər gözləyir; bu xərclərin 800 milyon dollara qədər olan hissəsi əmək haqqı ödənişlərini də əhatə edə bilər.

Şirkətin baş direktoru Jim Fitterling bildirib: "Bu addım uzun müddətdir davam edən durğunluq və çətinliklərin öhdəsindən gəlmək üçün artıq gördüyümüz tədbirləri daha da sürətləndirəcək".

Dow şirkətinin 2024-cü ilin dekabr ayında 36 min işçisi olub. 

Seçilən
15
marja.az

1Mənbələr