AZ

Türkiyə Avropa üçün yeni təhlükəsizlik arxitekturası təklif edib

Ankara Avropanın müdafiə potensialının gücləndirilməsini və strateji müzakirələrin başlanmasını vacib sayır...

Poliqon xəbər verir ki, Türkiyə Avropa ölkələrinə gələcək təhlükəsizlik arxitekturasının birgə müzakirə olunmasını təklif edib. Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Al Jazeera telekanalına müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, ABŞ ilə Avropa arasında mümkün ayrılıq fonunda Avropanın öz müdafiə potensialını istənilən formada gücləndirməsi zəruridir. “Əgər biz ABŞ və Avropa arasında parçalanmış vəziyyətlə üzləşsək, hesab edirəm ki, Avropa mütləq şəkildə öz müdafiə imkanlarını artırmalıdır. Biz təklif edirik ki, Böyük Britaniya, Türkiyə və Avropanın bəzi aparıcı ölkələri bir araya gələrək keyfiyyətli və dərin müzakirələr aparsınlar”, Hakan Fidan vurğulayıb.

O, eyni zamanda qeyd edib ki, NATO effektiv fəaliyyət göstərdiyi müddətdə təhlükəsizlik sahəsində əməkdaşlıq üçün əsas platforma olaraq qalır. Bununla belə, Fidan transatlantik məkanda ciddi problemlərin mövcudluğunu da təsdiqləyib.

Nazir bildirib ki, bu problemlər sırasında Rusiya–Ukrayna münaqişəsi, ABŞ-nin mövqeyində baş verən dəyişikliklər və digər əlavə risklər yer alır. Onun sözlərinə görə, Amerikanın Avropanın təhlükəsizlik arxitekturasından mümkün çıxışı Avropa ölkələri üçün ciddi narahatlıq doğurur və bu amil yeni yanaşmaların müzakirəsini qaçılmaz edir.

Fidanın açıqlaması Avropada strateji muxtariyyət, müdafiə xərclərinin artırılması və NATO-dan kənar mexanizmlərin perspektivi ilə bağlı davam edən müzakirələr fonunda səslənib. Ankara isə bu proseslərdə aktiv rol oynamağa hazır olduğunu açıq şəkildə nümayiş etdirir.

Poliqon.info

Seçilən
44
32
poliqon.info

10Mənbələr