AZ

Halil Atlı: “NTD çətin dönəmdən keçir, can alıb, can verirlər”

“Asan oyun olmayacağını bilirdik. Çünki NTD çətin dönəmdən keçir. Can alıb, can verirlər”.

İdman.Biz xəbər verir ki, bu sözləri NTD ilə səfər oyunundan sonra “Gəncə” BK-nin baş məşqçisi Halil Atlı klubun mətbuat xidmətinə deyib.

Bakı İdman Sarayında baş tutan qarşılaşma gəncəlilərin 102:95 hesablı qələbəsi ilə bitib.

“Bu gün də bizə qarşı gərgin mübarizə aparacaqlarını, matçın belə keçəcəyini yəqin etmişdik. Ona görə də oyunun əvvəlindən sonuna kimi nəzarəti əlimizdə saxlamağı bacardıq. Məşqdə çalışdırlarımızı meydanda reallaşdırdıq. Sadəcə, gözlədiyimızdən daha artıq xalı səbətimizdə gördük. Amma bu da çox normaldır.

Rəqibin heyətində yaxşı atışları olan oyunçular var, oyun quruluşları da asanlıqla xal toplamağa hesablanıb. Fikrimcə, xeyrimizə olan bizim hücumda orta hesabla topladıqlarımızı keçməyimiz və müdafiədə yaxşı oynamağımız oldu. Bizim üçün əla qələbə oldu. Sıx təqvimdən keçirik, bazar günü “Şəki” ilə oynayacağıq, bütün diqqətimiz həmin matça yönəlib”, - Atlı bildirib.

İdman.Biz
Seçilən
15
1
idman.biz

2Mənbələr