AZ

Ceyhun Bayramov iranlı həmkarı ilə İran ətrafında yaranmış vəziyyəti müzakirə etdi

Bakı. Trend:

Yanvarın 29-da Azərbaycan Respublikasının xarici işlər naziriCeyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziriSeyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, telefon danışığı zamanıİran ətrafında yaranmış vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov bölgədə son gərginliyin narahatlıqdoğurduğunu, bütün tərəflərin İranda və onunda ətrafındaqeyri-sabitliyə səbəb ola biləcək addımlardan və ritorikadançəkinmələrinin zəruriliyinin ölkəmiz tərəfindən hər zamanvurğulandığını bildirib. Mövcud problemləri yalnız beynəlxalqhüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatikyollarla həll etməyin vacib olduğu qeyd edilib.

Azərbaycan Respublikasının onun hava məkanının və ya ərazisininhər hansı dövlət tərəfindən qonşu İrana və ya hər hansı digərölkəyə qarşı hərbi əməliyyatların aparılması üçün istifadəedilməsinə heç vaxt imkan verilməyəcəyi xüsusi vurğulanıb.

Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digərikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsiaparılıb.

Seçilən
62
44
az.trend.az

10Mənbələr