Göygöl şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, Göygöl şəhərinin A. Kazımov küçəsində hərəkətdə olan iki minik avtomobili toqquşub.
Qəza nəticəsində 1984-cü il təvəllüdlü R. Heydərzadə və 1991-ci il təvəllüdlü Ş. Tağıyev xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib, hazırda vəziyyətlərinin kafi olduğu bildirilir.
Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov