AZ

"Novex Group" şirkəti Gulfood beynəlxalq qida sərgisində iştirak edir

Azərbaycanın aparıcı qida sənayesi şirkətlərindən olan Novex Group dünyanın ən nüfuzlu tədbirlərindən sayılan Gulfood beynəlxalq qida sərgisində iştirak edir.

Şirkətlər qrupu sərgidə AZPROMO xətti ilə təşkil olunan vahid Azərbaycan ölkə stendində təmsil olunur.

Dubayda keçirilən Gulfood sərgisi hər il dünyanın müxtəlif ölkələrindən minlərlə istehsalçı, ixracatçı, distribyutor və pərakəndə satış nümayəndələrini bir araya gətirən qlobal platformadır.

Novex Group-un bu sərgidə iştirakı qrupun istehsal, məhsul çeşidi və bazar imkanlarının beynəlxalq auditoriyaya təqdim edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Sərgi çərçivəsində Novex Group-a daxil olan Qəbələ, Quba və Lənkəran konserv zavodlarının, eləcə də ATS Food un məmulatları şirkətində istehsal olunan məhsulları nümayiş etdirilir. Bu istehsal müəssisələrində Natura, Jalə, Frutiva və Bağdan, Çipsim markaları altında meyvə şirələri, çipslər, turşular, mürəbbələr və kompotlar, Çörəkçi və Bismak markaları altında isə peçenyalar, krekerlər, vaflilər, un və çörək məhsulları, makaron və digər un məmulatları istehsal olunur. Bundan əlavə, xüsusilə ixrac bazarlarının tələbləri nəzərə alınaraq Buta brendi altında təqdim edilən məhsullar müasir texnologiyalar və beynəlxalq keyfiyyət standartlarına uyğun şəkildə hazırlanır, Azərbaycan qida sənayesinin zəngin ənənələrini əks etdirir.

Novex Group üçün Gulfood sərgisi istehsal və məhsul təqdimatı ilə yanaşı, bazar trendlərinin izlənilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi və Azərbaycan istehsalı məhsulların xarici bazarlarda mövqeyinin gücləndirilməsi baxımından mühüm platforma hesab olunur.

Novex Group-un Gulfood beynəlxalq sərgisində iştirakı Azərbaycan qida sənayesinin imkanlarının nümayişi və “Made in Azerbaijan” məhsullarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində atılan növbəti addımdır.

İş elanları AzVak.az-da

Novex Group Gulfood beynəlxalq qida sərgisi Dubay AZPROMO Azərbaycan ölkə stendi qida sənayesi Made in Azerbaijan ixrac beynəlxalq bazarlar Qəbələ konserv zavodu Quba konserv zavodu Lənkəran konserv zavodu ATS Food Natura Jalə Frutiva Bağdan Çipsim Buta Çörəkçi Bismak meyvə şirələri çipslər turşular mürəbbələr kompotlar peçenye kreker vafli un məmulatları makaron qida istehsalı beynəlxalq əlaqələr bazar trendləri
Seçilən
60
2
marja.az

3Mənbələr