AZ

“LUKOIL” Kişinyov hava limanındakı aktivlərini Moldovaya təhvil verdi

“Moldova LUKOIL” şirkəti Kişinyov Beynəlxalq Hava Limanının ərazisində yerləşən aktivlərini Moldova dövlətinə təhvil verib. Bu barədə ölkənin Energetika Nazirliyi rəsmi məlumat yayıb.

KPNKRET.az xəbər verir ki, məlumata görə, İctimai Mülkiyyət Agentliyi və Kişinyov Beynəlxalq Hava Limanı cari ilin 29 yanvar, cümə axşamı günü “Lukoil Moldova” ilə hava limanının ərazisində yerləşən neft kompleksinə dair qəbul-təhvil aktlarını imzalayıb. Bununla da sözügedən obyektin inventarlaşdırılması prosesi tam yekunlaşıb.

Nazirliyin açıqlamasında bildirilir ki, Kişinyov hava limanının ərazisində yerləşən bu aktivlər İnvestisiyalara Baxış Şurasının müvafiq qərarına əsasən dövlət mülkiyyətinə keçib. Qərar çərçivəsində hava limanı ərazisindəki neft infrastrukturu üzərində mülkiyyət hüquqları tam şəkildə Moldovaya məxsus olub.

Qeyd edək ki, bu addım ölkənin strateji obyektləri üzərində dövlət nəzarətinin gücləndirilməsi və enerji təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Rəsmi qurumlar prosesin qanunvericiliyə uyğun və şəffaf şəkildə həyata keçirildiyini vurğulayıblar.

Natiq Səlim,
KONKRET.az

Seçilən
81
konkret.az

1Mənbələr