AZ

Yer kürəsinə bənzəyə biləcək planet kəşf edildi

Astronomlar Yer kürəsinə bənzəyə biləcək planet kəşf ediblər. Metbuat.az xəbər verir ki, yeni planet orbitini 355 günə tamamlayır. Avstraliya, Böyük Britaniya, ABŞ və Danimarkadan olan astronomlar tərəfindən kəşf edilən yeni səma cisminin Yerlə bəzi xüsusiyyətləri paylaşması diqqət çəkir. Astronomlar bu obyektin Günəşə bənzər ulduzun ətrafında fırlandığını, Yer kürəsindən cəmi 6% böyük olduğunu və müəyyən ediblər.

Yeni planetin Yerdən 146 işıq ili uzaqlıqda yerləşdiyi bildirilir. Yeni planetin səth temperaturunun Marsla oxşar olduğu və mənfi 70 dərəcə selsiyə qədər enə biləcəyi qeyd edilib.

Seçilən
37
metbuat.az

1Mənbələr