AZ

QHT-nin təşəbbüsü ilə talassemiyalı uşaqlar üçün qanvermə aksiyası keçirilib - FOTOLAR

“Regional İnkişaf” İctimai Birliyinin “100 gün – 100 təşəbbüs” aksiyasına qoşulan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Qan Bankı və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 3 nömrəli Şəhər Poliklinikasında İctimai Birliyin əməkdaş və könüllülərinin iştirakı ilə qanvermə aksiyası keçirilib.

QHT.az xəbər verir ki, qeyd edək ki, toplanan qan ehtiyatları talassemiya xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsində istifadə olunması üçün nəzərdə tutulub.

Qanvermə aksiyasının əsas məqsədi cəmiyyət arasında könüllü qan donorluğu mədəniyyətinin təşviqi, sağlam həyat tərzinin dəstəklənməsi, həmçinin müalicəyə ehtiyacı olan şəxslərin qan ehtiyatının təmin olunmasına töhfə vermək olub.

Təşəbbüsə qoşulduğu üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Qan Bankı və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə təşəkkür edirik.

Seçilən
24
qht.az

1Mənbələr