AZ

Bir ildə 35 kilo arıqladı -

Türkiyənin məşhur müğənnisi İşın Karaca xarici görünüşü ilə hər kəsi təəccübləndirib. Bir ildə 35 kiloqram arıqlayan sənətçi cəmiyyətin diqqətini öz üzərində cəmləyib. Metbuat.az xəbər verir ki, İşın Karaca arıqlamağının sirrini açıqlayıb. O, özünə "zülm etmədiyini”, yalnız sağlam həyat tərzi keçirməklə görkəmini dəyişdiyini bildirib: "Həftənin iki günü gündə iki dəfə yemək yeyirəm. Digər günlərdə isə sutkada bir dəfə qidalanıram. Şirniyyatı, yağlı yeməkləri qida rasionumdan çıxarmışam". Müğənni vaxtilə 130 kilo olduğunu xatırladıb. Qeyd edib ki, artıq çəkidən əziyyət çəkdiyi illərdə insanlar onun sənətinə deyil, çəkisinə diqqət göstəriblər: "Hazırda 60 kiloyam. 75 kiloqram yox olub. Bu çəkinin 35 kiloqramı son bir ildə keçirdiyim həyat tərzinə görə gedib".

52 yaşlı İşın Karaca pərəstişkarlarına az yeməyi və çox gəzməyi tövsiyə edib.

Seçilən
17
metbuat.az

1Mənbələr