AZ

BƏƏ Prezidenti Moskvaya Putinin dörd il öncə ona hədiyyə etdiyi gödəkçə ilə gəldi - VİDEO

BAKI, 29 yanvar. TELEQRAF

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Moskvaya Rusiya Prezidenti Vladimir Putinin 2022-ci ildə ona hədiyyə etdiyi gödəkçə ilə gəlib.

Teleqraf xəbər verir ki, bu barədə Telegram kanalında məlumat verilib.

"Putin BƏƏ Prezidentini yola salarkən ondan zarafatla "bu gödəkçə sizi Sank-Peterburqun soyuğundan qoruya bilirmi" - deyə, soruşub.

BƏƏ lideri də cavab olaraq "bu, həmin gödəkçədir, siz hədiyyə etmişdiniz" bildirib.

2022-ci ilin oktyabr ayında BƏƏ Prezidenti ilk dəfə Rusiyaya səfər edib. O vaxt Sankt-Peterburqda hava soyuq olduğu üçünRusiya lideri gödəkçəsini çıxararaq Məhəmməd bin Zayed Əl Nəhyanın çiyinlərinə keçirib. Həmin gödəkçə BƏƏ liderində qalıb və növbəti Rusiya səfərində onu geyinib.

Seçilən
12
1
teleqraf.com

2Mənbələr