AZ

Ermənistan Azərbaycanın enerji sisteminə qoşulmaq istəyir

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin enerji sisteminin Azərbaycan və Türkiyə şəbəkələri ilə inteqrasiya oluna biləcəyini bildirib. “Enerji sistemimiz Gürcüstan və İranla bağlıdır.

Düşünürəm ki, enerji sistemimiz Türkiyə və Azərbaycanla da əlaqəli olsaydı, düzgün olardı.”, – Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycanın beynəlxalq bazarlara ixrac edilə biləcək artıq elektrik enerjisi var. O, həmçinin qeyd edib ki, Bakı və İrəvan elektrik enerjisi ixracı üzrə əməkdaşlıq edə bilərlər. Paşinyan vurğulayıb ki, bu, Ermənistan üçün yeni imkanlar açır.

“Biz birgə ixrac həyata keçirə bilərik… Ermənistan Respublikası üçün heç bir təhlükə yoxdur… Əksinə, yeni imkanlar var.”, – Nikol Paşinyan qeyd edib.

//Samir Qurbanov, Editor.az

Seçilən
12
editor.az

1Mənbələr