Son 24 saat ərzində Ukrayna ordusu 830 rus işğalçısını zərərsizləşdirib (öldürülüb və yaralanıb).
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Facebook-da 29 yanvar səhəri məlumat verib. Baş Qərargah qeyd edib ki, düşmənin 24 fevral 2022-ci ildən bəri ümumi döyüş itkiləri təxminən 1.237.400-ə çatıb. Son 24 saatın məlumatlarına görə, düşmənin dörd tankı, yeddi zirehli döyüş maşını, 20 artilleriya sistemi və iki hava hücumundan müdafiə sistemi məhv edilib.
Bundan əlavə, Rusiya hava qüvvələrinin itkiləri də artıb. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, daha bir düşmən təyyarəsi vurulub və vurulan təyyarələrin ümumi sayı 435-ə çatıb.
Ukrayna komandanlığı rus işğalçılarının hansı təyyarələri itirdiyini dəqiqləşdirməyib. Yanvarın 28-də Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko Rusiyanın iki qırıcı təyyarəsini – Su-30 və Su-34-ü itirə biləcəyini bildirmişdi.
//Samir Qurbanov, Editor.az