İşlədiyi mağazada kimyəvi maddədən zəhərlənən oğlan ölüb...
Xezerxeber.az xəbər verir ki, hadisə Bərdədə baş verib.
Rayonun Qaradəmirçi kənd sakini, 28 yaşlı Sabir Abbasov Ağdam-Bərdə magistral yolunun Əliyalı kəndindən keçən hissəsində icarəyə götürdüyü mağazada bitki dərmanlarının satışı ilə məşğul olurmuş:
Ötən gün səhər saatlarında iş yerinə gedən Sabir Abbasovun bir müddət sonra meyiti aşkarlanıb.
Mərhumun ali təhsilli olduğu və uzun müddətdir ki, bu sahə üzrə çalışdığı bildirilib.
Hadisə ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.