AZ

Lavrov ilk dəfə etiraf etdi: Türkiyə və Azərbaycanın təşəbbüsü ilə yaratdıq

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

“Cənubi Qafqaz üzrə “3+3” formatında üçüncü nazirlər görüşünün keçiriləcəyi məkanın seçimi aparılır”.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyə KİV-lərinə müsahibəsində məlumat verib.

Onun sözlərinə görə, indiyədək nazirlər səviyyəsində iki görüş baş tutub və hazırda üçüncü görüşün təşkili istiqamətində işlər davam edir.

“Gürcüstanlı qonşularımız hələlik iştirakdan çəkinirlər, lakin biz daim vurğulayırıq ki, qapı onlar üçün açıq qalır”.

Rusiya XİN rəhbəri həmçinin təşəbbüsün Türkiyənin xarici işlər naziri Hakan Fidan tərəfindən fəal şəkildə dəstəkləndiyini diqqətə çatdırıb. Lavrov “3+3” platformasının əhəmiyyətini vurğulayaraq bildirib ki, iştirakçı ölkələrin hamısı Cənubi Qafqaz regionunda ortaq qonşulardır. O əlavə edib ki, platformanın yaradılmasının əsas təşəbbüskarları Türkiyə və Azərbaycan olub.

Qeyd edək ki, “3+3” regional əməkdaşlıq formatı Cənubi Qafqazın üç ölkəsi, Azərbaycan, Ermənistan və Gürcüstan, eləcə də regionun üç qonşu dövləti (Rusiya, Türkiyə və İranı) bir araya gətirməyi nəzərdə tutur. Platforma regionda dialoq və əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyır.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
globalinfo.az

1Mənbələr